Yük gəmisi hədəfə alındı

86

İran sahilləri yaxınlığında quru yük gəmisinə hücum edilib.

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzinin məlumatına görə, hadisə İranın Sirik şəhərindən 11 dəniz mili (təxminən 20,4 km) qərbdə baş verib.

Şimala doğru hərəkət edən gəminin kapitanı hücumun bir neçə kiçik qayıq tərəfindən həyata keçirildiyini bildirib.

Hadisə zamanı ekipaj üzvlərinin təhlükəsiz olduğu, ətraf mühitə hər hansı ziyanın qeydə alınmadığı vurğulanıb.

Hücuma məruz qalan gəminin adı və digər detallar hələlik açıqlanmayıb.