Hörmüzdə yeni qaydalar: İran sərhədləri dəyişdi

103

“Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə istinadən Hörmüz boğazı ilə bağlı yeni nəzarət və idarəetmə zonalarının müəyyən edildiyini bildirib.

Məlumata əsasən, SEPAH HDQ tərəfindən təqdim olunan xəritədə Hörmüz boğazında İranın nəzarət zonalarının yeni sərhədləri əks olunub. Xəritəyə görə:

  • Boğazın qərb hissəsində zona İranın Keşm adasının qərb ucundan Birləşmiş Ərəb Əmirliklərinin Umm əl-Kuveyyn şəhərinin şərqində yerləşən nöqtəyədək uzanan xəttlə müəyyən edilir.
  • Boğazın şərq hissəsində isə zona İran ərazisində yerləşən Kuh-Mobarak qəsəbəsindən BƏƏ-nin Fuceyra şəhərinin cənubunda yerləşən nöqtəyədək uzanan xəttlə əhatə olunur.

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bildirib ki, İran ABŞ tərəfinə Hörmüz boğazı ətrafına yaxınlaşmamaq barədə xəbərdarlıq edib və zərurət yaranacağı halda hərbi cavab tədbirlərinə hazır olduğunu qeyd edib.