Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə qarşı hücum edildiyini açıqlayıb.
Nazirliyin sosial şəbəkə hesabında yayılan məlumatda bildirilir ki, tankerə iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirilib. Rəsmi Əbu-Dabi baş verən hadisəni kəskin şəkildə pisləyərək bunu terror aktı kimi qiymətləndirib və ciddi narahatlığını ifadə edib.
Insident nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı əlavə araşdırmaların aparıldığı bildirilir.





