ASCO beynəlxalq platformalarda təqdim olunub

336

ASCO-nun gender bərabərliyi, inklüzivlik və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi fəaliyyət bir sıra beynəlxalq tədbirlərdə təqdim edilib.

Şirkətin Dayanıqlı Əməliyyatların İdarəedilməsi üzrə direktorunun gender məsələləri və xüsusi həssas qruplarla iş üzrə müavini Bəhriyyə Həsənova-Qasımova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Dayanıqlı inkişaf – ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda ASCO-nu təmsil edib. Tədbirdə gender bərabərliyi, uşaqların hüquqlarının müdafiəsi, məişət zorakılığına qarşı mübarizə və dayanıqlı inkişaf məsələləri müzakirə olunub.

ASCO həmçinin Bakı şəhərində keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində də iştirak edib. Zirvə çərçivəsində mühəndislik, süni intellekt, enerji, kibertəhlükəsizlik və dayanıqlı inkişaf mövzularında panel müzakirələri təşkil olunub.

Tədbirlər zamanı ASCO-da inklüziv mühitin gücləndirilməsi, gender bərabərliyi və xüsusi həssas qruplarla iş istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

ASCO.