Dənizdə pilotsuz texnologiya sınağı

240

NYK dənizçilik sənayesində növbəti mühüm addım ataraq “Elder Leader” avtomobildaşıyan gəmisində Sinqapur limanında avtonom naviqasiya sınağı həyata keçirib.

Sınağın əsas məqsədi gəmi ilə liman infrastrukturu arasında rəqəmsal inteqrasiyanın real şəraitdə, dünyanın ən sıx limanlarından birində yoxlanılması olub. Bu addım “ağıllı liman” konsepsiyasının praktiki mərhələyə keçdiyini göstərir.

Sınaq zamanı gəminin səyahət planı Sinqapur Dəniz və Liman İdarəsinin (MPA) yeni nəsil hərəkət idarəetmə sisteminə birbaşa ötürülüb, sahil sistemləri ilə real vaxt rejimində video və əməliyyat məlumatları mübadiləsi aparılıb.

Eyni zamanda, dünyada ilk dəfə olaraq liman daxilində “uzaqdan loçmanlıq” (remote pilotage) və gəmilərin vaxt itkisini azaltmağa yönəlmiş “Just-In-Time” (JIT) platformasının avtonom sistemlərlə inteqrasiyası sınaqdan keçirilib.

Maye qaz (LNG) ilə işləyən bu gəmi vasitəsilə nümayiş etdirilən texnologiyalar dənizçilikdə həm dekarbonizasiya, həm də tam rəqəmsallaşma istiqamətlərinin paralel inkişaf etdiyini göstərir.

Bu uğurlu təcrübənin gələcəkdə gəmilərin limanlara insan müdaxiləsi olmadan daxil olması və əməliyyatların daha yüksək avtomatlaşdırma səviyyəsinə keçməsi üçün əsas mərhələ ola biləcəyi bildirilir.

Seanews.az