Şagirdlər üçün peşə təqdimatı

117

Azərbaycanda dənizçilik təhsilinin 145 illiyi və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 30 illik yubileyi çərçivəsində Akademiyanın professor-müəllim heyətinin region məktəbliləri ilə görüşləri davam etdirilir.

15 may 2026-cı il tarixində Quba-Xaçmaz regionuna ezam olunmuş ADDA nümayəndələri Xaçmaz rayonu Zərifə Əliyeva adına 2 saylı humanitar təmayüllü liseydə və Quba rayon 2 saylı təbiət təmayüllü liseydə görüşlər keçiriblər. Görüşlərdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd tam orta məktəbi, şəhər 1, 6 və 8 nömrəli tam orta məktəblərinin, eləcə də Quba rayonunun 2, 4 və 7 nömrəli tam orta məktəblərinin şagird və müəllim heyəti iştirak edib.

Tədbirlərdə “Gəmi sürücülüyü” fakültəsinin dekan müavini, dosent F.M. Kəlbiyev təqdimatla çıxış edərək Akademiyanın strukturu, qəbul qaydaları, tədris prosesi, tələbə həyatı və ADDA tələbələrinə yaradılan imkanlar barədə ətraflı məlumat verib.

“Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri, dosent İ.A. Xankişiyev çıxışında ADDA-nın beynəlxalq əlaqələri, təhsilin müxtəlif səviyyələr üzrə təşkili, istehsalat təcrübələrinin keçirilməsi, məzunların karyera imkanları və ADDA diplomlarının beynəlxalq tanınması barədə məlumat verib.

“Dəniz naviqasiyası” kafedrasının baş müəllimi S.Ş. Gözəlova isə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının inkişaf perspektivləri, müasir tendensiyalar və Akademiyanın üstünlükləri haqqında iştirakçılara məlumat təqdim edib.

Görüşlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

ADDA#