Xəzərin strateji qazma qurğusunun ildönümü

271

18 may — Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusunun istismara verilməsinin ildönümüdür.

Müasir və innovativ texnologiyalarla təchiz olunan bu qurğu Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən strateji enerji layihələrinin icrasında mühüm rol oynayır. Dərin sularda əməliyyat aparmaq imkanları və yüksək texniki göstəriciləri ilə regionun ən qabaqcıl qazma qurğularından biri hesab olunur.

Hazırda “Şahdəniz” yatağında qazma işlərini uğurla davam etdirən qurğu SOCAR-ın dayanıqlı və müasir enerji infrastrukturunun əsas dayaqlarından biri kimi fəaliyyət göstərir.

#SOCAR