ABŞ Sahil Mühafizəsi təhlükəsizlik səbəbi ilə “Water Spirit 2” və “Admiral Pride” yük gəmilərinə San-Xuan limanının 10 nömrəli körpüsündə “Aralıq dənizi tipli lövbərləmə” (med-mooring) üsulundan istifadəni qadağan edib.
Qurumun rəsmisi Luis X. Rodriqes bildirib ki, dar gəmiçilik kanalında bu üsul kruiz laynerlərinin və digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneələr yaradır.
Qərara əməl olunmadığı halda gəmi operatorlarına gündə 120 min dollara qədər cərimə tətbiq ediləcəyi açıqlanıb.
Hazırda həmin Ro-Ro gəmilərinin alternativ yanalma imkanı olmadığı üçün fəaliyyətləri dayanıb. Bu isə regionun, xüsusilə ABŞ Vircin adalarının təchizat zəncirində çətinliklər yaradıb.
Vircin Adaları Port Administrasiyası xəbərdarlıq edib ki, xidmətlərin dayanması yerli əhali və biznes üçün ciddi logistik problemlərə səbəb ola bilər.
Seanews.az





