KR EEDI üçün rəqəmsal hesablama təlimatı təqdim edib

172

Koreya Gəmiçilik Reyestri (KR) “HD Hyundai Heavy Industries” və “Samsung Heavy Industries” ilə birgə hazırladığı yeni EEDI (Konstruktiv Enerji Səmərəliliyi İndeksi) hesablanması üzrə rəqəmsal təlimatı təqdim edib.

Sənəd CFD (Hesablama Hidrodinamikası) əsaslı vahid metodologiyanı müəyyən edir və gəmilərin enerji səmərəliliyinin qiymətləndirilməsində fiziki model sınaqlarına alternativ yanaşma təklif edir.

Yeni metodologiya çərçivəsində gəmilərin performansı kompüter simulyasiyaları vasitəsilə analiz olunacaq. Bu yanaşma həm dizayn mərhələsində emissiyaların azaldılmasını, həm də hava sürtünməsini azaldan sistemlər və külək hərəkətverici texnologiyalar kimi innovativ həllərin effektivliyinin qiymətləndirilməsini nəzərdə tutur.

Yeni standartlar gəmiqayırma sənayesinin beynəlxalq ekoloji tələblərə uyğunlaşmasını sürətləndirəcək.

Seanews.az