ABŞ-nin Texas ştatında “Tesla Cybertruck” avtomobili ilə gölə daxil olan şəxs su nəqliyyatı təhlükəsizliyi qaydalarını pozmaqda ittiham edilərək həbs olunub.
Hadisə Qreypvayn gölündə qeydə alınıb. 70 yaşlı Cimmi Cek MakDaniel “Cybertruck”un “Wade Mode” funksiyasını sınaqdan keçirmək məqsədilə avtomobili suya sürsə də, nəqliyyat vasitəsi su götürərək yarı batmış vəziyyətdə qalıb.
Polisin məlumatına görə, sürücü qadağan olunmuş əraziyə daxil olmaq, xilasedici jiletsiz və yanğınsöndürən avadanlıq olmadan hərəkət etmək, eləcə də qeydiyyatsız “su nəqliyyatı vasitəsi” idarə etməkdə ittiham olunur.
Xilasedicilər avtomobili göldən çıxarıblar. Sürücü isə daha əvvəl də oxşar sınaqlar keçirdiyini bildirib.
“Tesla” şirkəti “Cybertruck” modelinin dayaz sularda hərəkət imkanına malik olduğunu bildirsə də, su ilə bağlı zədələrin zəmanətə daxil edilmədiyini vurğulayır.
Seanews.az





