ASCO-da Kurık limanı nümayəndələri ilə görüş keçirilib

174

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Qazaxıstanın Kurık limanının nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı tərəflər daşımaların təşkili, koordinasiya və əməliyyat proseslərinin optimallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələrdə həmçinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, yük axınının davamlılığının təmin olunması və Xəzər regionunda nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivləri nəzərdən keçirilib.

#ASCO