Hörmüz boğazının açılması ilə bağlı razılıq müzakirə olunur

152

ABŞ və İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı prinsipial razılığa gəldiyi bildirilir.

“The New York Times” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər boğazda hərəkətin mərhələli şəkildə normallaşdırılması üzərində danışıqları davam etdirirlər.

Bununla belə, gəmiçiliyin nə vaxt tam bərpa olunacağı və qlobal neft bazarında qiymətlərin nə zaman sabitləşəcəyi hələ dəqiq məlum deyil. Məlumatda həmçinin qeyd olunur ki, mümkün razılaşma çərçivəsində İranın Hörmüz boğazına nəzarəti hansı mexanizmlərlə həyata keçirəcəyi də hələ tam müəyyənləşdirilməyib.

Bundan əvvəl “Fox News” kanalı İranın çərçivə sazişinə prinsipcə razılıq verdiyini və sənəd üzrə danışıqların təxminən 95 faizinin tamamlandığını bildirmişdi.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp yekun razılaşmanın əldə olunması üçün tərəflərə əlavə beş-yeddi gün vaxt verilməsini planlaşdırır.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının ən mühüm marşrutlarından biri hesab olunur. Boğaz vasitəsilə gündəlik böyük həcmdə neft və mayeləşdirilmiş qaz daşındığı üçün bölgədəki vəziyyət qlobal enerji və gəmiçilik bazarlarına birbaşa təsir göstərir.