Sertifikatlaşdırma və təcrübə imkanları üzrə ADDA–Türk Loydu əməkdaşlığı müzakirə edilib

187

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Türk Loydu ilə görüş keçirib.

Görüşdə tərəflər fəaliyyət istiqamətləri barədə təqdimatlar edib, dənizçilik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması və sənaye–universitet əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Müzakirələr zamanı beynəlxalq sertifikatlaşdırma prosesləri, elmi-tədqiqat və innovasiya layihələri, ixtisaslaşmış təlim proqramları, həmçinin ADDA tələbələri üçün təcrübə imkanlarının genişləndirilməsi xüsusi vurğulanıb.

Tərəflər arasında tələbələrin istehsalat təcrübəsinə cəlbi, birgə seminar və təlimlərin təşkili, eləcə də akademik təcrübə mübadiləsi istiqamətində ilkin razılaşmalar əldə olunub.

Görüşün nəticəsi olaraq əməkdaşlıq üzrə memorandum layihəsinin hazırlanması və yaxın günlərdə imzalanması nəzərdə tutulur.

#ADDA