Lövbərdə olan gəmidə alov

151

Banqladeşin Çittaqonq sahillərində lövbərdə olan məhsul tankerində yanğın baş verib.

Hadisə Qurban bayramı günü səhər saatlarında qeydə alınıb.

2007-ci ildə inşa edilən 13 min tonluq “Meghna Trader” tankeri soya, günəbaxan və xardal yağları istehsal edən “Meghna Edible Oils Refinery” şirkətinin donanmasına daxildir.

Gəmi İndoneziyadan gəldikdən sonra son 10 gündür lövbərdə dayanırdı.

Banqladeş Sahil Mühafizəsi bildirib ki, gəmidə olan 22 heyət üzvü xəsarət almadan xilas edilib. Yanğının söndürülməsi üçün sahil mühafizə gəmiləri, yanğınsöndürmə katerləri və sahil qrupları əməliyyata cəlb olunub.

Təxminən üç saat sonra yanğının gəminin xarici hissəsində nəzarət altına alındığı açıqlansa da, daxili bölmələrdə alovun davam etdiyi bildirilib.

Seanews.az