Qara dənizdə Türkiyəyə məxsus yük gəmisi dron hücumu nəticəsində zərər görüb.
Məlumata görə, mayın 29-na keçən gecə Odessa vilayətindəki limanlardan birindən Türkiyəyə istiqamətlənən gəmi PUA (pilotsuz uçuş aparatı) zərbəsinə tuş gəlib.
Hücum nəticəsində gəminin iki ekipaj üzvü yaralanıb. Onlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları ilə təxliyə edilərək tibb müəssisəsinə yerləşdiriliblər.
Bildirilir ki, hücum Vanuatu bayrağı altında üzən və Odessa bölgəsindən Türkiyəyə yük daşıyan “ANT” adlı gəmiyə qarşı həyata keçirilib. Zərbə nəticəsində gəmidə yanğın baş verib.
Ukrayna Dəniz Axtarış-Xilasetmə Xidmətinin və Hərbi Dəniz Qüvvələrinin bölmələri hadisə yerinə cəlb olunaraq yanğını qısa müddətdə lokallaşdırıb və söndürüb.





