Boğazda gərginlik bitir

77

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında İranla hazırlanan sülh sazişi fonunda Hörmüz boğazı ilə bağlı açıqlama verib.

O bildirib ki, bölgədə tətbiq olunduğu iddia edilən “dəniz blokadası” ləğv edilir və boğazda hərəkəti məhdudlaşan gəmilər yenidən marşrutlarını davam etdirə bilərlər.

Trampın sözlərinə görə, İran qalan minaların çıxarılması və ya zərərsizləşdirilməsi prosesini də başa çatdırmalıdır. O, həmçinin gəmilərin “evlərinə qayıda biləcəyini” qeyd edib.

Açıqlamada ABŞ prezidenti prosesin yaxın vaxtlarda tam normallaşacağını iddia edib.