“Suraxanı” gəmi-muzeyində “Made in Azerbaijan” platformasının ilk sərgisi başlayıb.
“MIA 26 – Gələcəyin Konseptləri” adlı sərgidə Azərbaycanın yeni nəsil istehsalçıları və yaradıcı insanları öz əl işlərini, məhsullarını və innovativ ideyalarını nümayiş etdirirlər.
Tədbir yerli kreativ istehsalçıların tanıdılması, onların məhsullarının daha geniş auditoriyaya təqdim edilməsi və yaradıcı təşəbbüslərin dəstəklənməsi baxımından önəmli platformadır.
“Suraxanı” gəmi-muzeyini ziyarət edərək “MİA 26 – Gələcəyin Konseptləri” sərgisi ilə tanış ola, yerli istehsalçıların maraqlı əl işlərini yaxından görə bilərsiniz. Biletləri muzeyin kassasından və ya “iTicket” platformasından əldə etmək mümkündür.
#ASCO#SurakhaniShipMuseum






