31-ci “Baku Energy Week” (Bakı Enerji Həftəsi) öz işinə başlayıb. Enerji sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri hesab olunan forum üç gün ərzində enerji, neft-qaz, bərpaolunan enerji, sənaye və texnologiya sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətləri bir araya gətirəcək.
Denizxeber.az bildirir ki,tədbir çərçivəsində müxtəlif panel müzakirələri, işgüzar görüşlər və təqdimatlarla yanaşı, çoxsaylı şirkətlər öz məhsul və xidmətlərini xüsusi stendlərdə nümayiş etdirirlər.
Sərgidə iştirak edən şirkətlər arasında:
▪️ “Trade House Volgapromservis” LLC
▪️ “Baku Steel Company” QSC
▪️ “Gemza Group” MMC
▪️ “Resol” MMC
▪️ ABB Limited
▪️ BP Azərbaycan
▪️ China Petroleum Pipeline Engineering Co. Ltd.
▪️ Distenco MMC
▪️ GEA Westfalia Separator Group GmbH
▪️ Hammelmann GmbH
və digər nüfuzlu yerli və beynəlxalq şirkətlər yer alır.
“Baku Energy Week” enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, yeni texnologiyaların təqdimatı, investisiya imkanlarının müzakirəsi və biznes əlaqələrinin qurulması baxımından mühüm platforma hesab olunur. Sərgi 1-3 iyun tarixlərində Bakı Expo Mərkəzdə keçiriləcək.





