Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da baş verib. Zəlzələnin maqnitudası 3,9, ocağının dərinliyi isə 62 kilometr olub.
Denizxeber.az “Azərtaca”-a istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu gücdə və belə dərinlikdə baş verən zəlzələlər adətən ciddi dağıntılara səbəb olmur. Hadisə Xəzər dənizinin seysmik cəhətdən aktiv zonalarından birində qeydə alınıb.
Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.





