“Tagor” tankerinin kapitanı azad edildi

138

Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında saxlanılan Rusiyaya məxsus “Tagor” tankerinin kapitanını sərbəst buraxıb. Brest Prokurorluğunun məlumatına görə, bu qərar iş üzrə istintaqın davam etdirilməsi üçün zəruri hesab edilib.

Denizxeber.az bildirir ki, kapitan əvvəllər iki ittiham üzrə şübhəli bilinirdi:

  • gəminin bayraq qeydiyyatı qaydalarının pozulması
  • dənizdə səlahiyyətli orqanların göstərişlərinə əməl etməmək

Fransa qanunvericiliyinə əsasən, bu pozuntular bir ilədək həbs, 150 min avroyadək cərimə və hətta gəminin müsadirəsi ilə nəticələnə bilər.

“Tagor” tankeri 2025-ci ilin sentyabrından bəri Fransa tərəfindən saxlanılan dördüncü Rusiya tankeridir. Hadisə Avropa ölkələrinin Rusiyanın “kölgə donanması” vasitəsilə sanksiyalardan yayınmasının qarşısını almaq üçün nəzarəti gücləndirdiyi dövrə təsadüf edir.

Fransa tərəfi əməliyyatın beynəlxalq sanksiyaların icrası çərçivəsində qanuni əsaslarla aparıldığını bildirir. Rusiya isə bu ittihamları qəbul etmir və kapitanın azad edilməsini tələb edirdi.

Kapitanın sərbəst buraxılmasına baxmayaraq, “Tagor” işi üzrə araşdırmalar davam edir.