Turizm sektorunda yeni addım

137

Bir qrup truzim bələdçisi “Suraxanı” gəmi-muzeyində praktiki təlim keçib.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, layihə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) turizm bələdçilərinə yönəlik nəzəri və praktiki komponentləri əhatə edən təlim programı çərçivəsində reallaşıb. Məqsəd bələdçilərin peşəkarlıq səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, onların karyera inkişafı imkanlarının genişləndirilməsi, eləcə də peşəkar əməkdaşlıq şəbəkəsində birləşdirilməsidir.  

Gəmi-muzeyin peşəkar əməkdaşları təlimə cəlb olunan 50 nəfər bələdçiyə ekskursiya aparmaq bacarıqları, ekspozisiyaların təqdimatı, ümumilikdə muzey işi barədə ətraflı məlumat verib.  

Gənc bələdçilər dünyanın ilk tanker-muzeyinin zəngin eksponatları, burada tətbiq olunan innovasiyalarla tanışlıq imkanı da əldə ediblər.

Turizm bələdçilərinin təlim üçün “Suraxanı” gəmi-muzeyinə üz tutması isə təsadüfi deyil. Gəmi-muzey daim ölkəmizdə olan xarici qonaqların diqqət mərkəzində olub. Xüsusilə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları muzeyi ziyarət edir. Bu baxımdan Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası da “Suraxanı” gəmi-muzeyi ilə əməkdaşlığa önəm verir.