Həlak olan kapitan sabah dəfn ediləcək

135

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 45 yaşlı Xaçmaz rayon sakini Fuad Orucovun nəşi bu gün axşam və ya sabah səhər saatlarında doğulduğu Yergüc kəndinə gətiriləcək.

Bu barədə mərhumun ailəsinə rəsmi qurumlar tərəfindən məlumat verilib.

Denizxeber.az bildirir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin Yergüc kənd inzibati ərazi dairəsindən bildirilib ki, F.Orucov sabah kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, iyunun 5-də gecə saatlarında Azov dənizində “Natra” və “Zirkon” adlı iki yük gəmisinə dron hücumları nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.