Avarçəkmə yarışında uğurlu çıxış

95

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən avarçəkmə yarışında iştirakçılar yüksək fəallıq və idman ruhu nümayiş etdiriblər.

Denizxeber.az bildirir ki, dənizkənarı Bulvarda, “Bakı” Kanoe və Avarçəkmə Klubu ərazisində baş tutan yarışda müxtəlif dövlət qurumlarının komandaları 200 metr məsafədə 1 və 2 nəfərlik kayak qayığında güclərini sınayıblar.

Yarış boyu iştirakçılar arasında gərgin və maraqlı mübarizə müşahidə olunub. Komandalar koordinasiya, sürət və dözümlülük baxımından yaxşı nəticələr göstərərək uğurlu çıxışa nail olublar.

Tədbir iştirakçıların fiziki hazırlığının artırılması, komanda ruhunun gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.