Azərbaycan Dənizçilik Kolleci 2026–2027-ci tədris ili üçün müxtəlif ixtisaslar üzrə tələbə qəbuluna başlayıb.
Denizxeber.az bildirir ki, dənizçilik və nəqliyyat sahəsində peşəkar karyera qurmaq istəyən abituriyentlər kollecdə təklif olunan ixtisaslar üzrə təhsil almaq imkanı əldə edə bilərlər. Tədris prosesi müasir tələblərə uyğun təşkil olunur, tələbələr həm nəzəri biliklərə, həm də praktik bacarıqlara yiyələnirlər.
Kollecin məzunları ölkənin dəniz nəqliyyatı sektorunda, gəmiçilik müəssisələrində və digər əlaqəli sahələrdə uğurla fəaliyyət göstərirlər.
Dənizçilik sahəsində gələcəyini qurmaq istəyən hər kəsi Azərbaycan Dənizçilik Kollecinin tələbəsi olmağa dəvət edirik.





