Oman sahillərində tankerə hücum

65

Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin məlumatına görə, Oman sahilləri yaxınlığında baş verən hadisə nəticəsində tanker gəmisinin ön hissəsi zədələnib.

Denizxeber.az “Əl-Ərəbiyyə” telekanalına istinadən yayılan xəbərdə qeyd olunur ki, hadisə Oman sahillərindən şərqdə, təxminən 6 dəniz mili məsafədə qeydə alınıb. İlkin məlumatlara görə, zədələnmə naməlum mərminin düşməsi nəticəsində baş verib.

Məlumata əsasən, ekipaj üzvlərinin vəziyyəti yaxşıdır və insident zamanı xəsarət alan olmayıb. Həmçinin hər hansı ekoloji çirklənmə və ya neft sızması barədə məlumat verilməyib.

Tanker hadisədən sonra kursunu davam etdirərək növbəti limana doğru hərəkət edib.

Hadisənin səbəbləri və detalları ilə bağlı araşdırma aparılır.