Tarixi sənədin ildönümü

599

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin ən mühüm sənədlərindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür.

Denizxeber.az bildirir ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə 2022-ci ilin fevralında hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunaraq hüquqi qüvvəyə minib.

Bu sənəd Azərbaycan–Türkiyə münasibətlərini ən yüksək səviyyəyə qaldıran, siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı daha da dərinləşdirən strateji yol xəritəsi kimi qiymətləndirilir.