Sərhədsiz idman: Paraüzgüçülərimiz ilk dəfə Azərbaycan çempionluğu uğrunda mübarizə apardı! – FOTO

157

Denizxeber.az bildirir ki, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sumqayıt Paralimpiya İdman Kompleksində tarixdə ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı təşkil olunub. Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən mərkəzdə baş tutub.

Çempionatın keçirilməsində əsas məqsəd fiziki məhdudiyyəti olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək verməkdir. Turnir həmçinin gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və bu növ üzrə ehtiyat qüvvənin formalaşdırılması məqsədi daşıyıb.

Birincilikdə 30-a yaxın yeniyetmə və gənc idmançı 9 müxtəlif kateqoriya üzrə medallar uğrunda mübarizə aparıb.