Hörmüz boğazındakı real vəziyyət açıqlandı

60

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İran Hörmüz boğazına nəzarət etmir və bölgədə gəmiçilik fəaliyyəti normal ritmdə fəaliyyətini sürdürür.

Denizxeber.az bildirir ki, CENTCOM-un rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Tim Hokins “Axios” portalının jurnalisti Barak Ravidə açıqlamasında rəsmi Tehranın iddialarını təkzib edib:

“İran Hörmüz boğazına nəzarət etmir. Gəmilərin hərəkəti davam edir və ABŞ qüvvələri vəziyyəti yaxından izləyərək naviqasiyanın bu cür stabil qalmasını təmin edir”.

Sözügedən bəyanat Hörmüz boğazının bağlanması ilə bağlı müxtəlif ziddiyyətli iddiaların və regional gərginliyin artdığı bir dönəmdə verilib. ABŞ hərbi rəsmisi vurğulayıb ki, qlobal enerji daşımaları üçün strateji əhəmiyyət kəsb edən bu beynəlxalq dəniz marşrutunda hərəkət fasiləsizdir və vəziyyət tamamilə nəzarət altındadır.