ADDA tələbələrinin diplomqabağı üzmə təcrübəsi uğurla başa çatıb

150

Denizxeber.az bildirir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2025/2026-cı tədris ilinin buraxılış kursları üzrə təşkil olunan diplomqabağı üzmə təcrübəsi uğurla yekunlaşıb. Təcrübə çərçivəsində “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və ixtisasları üzrə təhsil alan tələbələr nəzəri biliklərini real istehsalat və gəmiçilik mühitində tətbiq etmək imkanı əldə ediblər.

ADDA-nın müvafiq əmrinə əsasən, “Dəniz naviqasiyası mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr 6 fevral 2026-cı il tarixindən 29 may 2026-cı il tarixinədək diplomqabağı üzmə təcrübəsinə cəlb olunublar. “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının tələbələri isə 16 fevral–22 may 2026-cı il tarixlərində istehsalat müəssisələrində diplomqabağı üzmə təcrübəsi keçiblər.

Təcrübələr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanması və Xəzər Dəniz Neft Donanmasının tərkibində fəaliyyət göstərən müxtəlif tipli gəmilərində, eləcə də “GN Group Corporation”, “BUE Caspian Limited”, “Caspian Marine Services B.V.”, “Statü Gemi Kiralama və Ticaret Limited” şirkətlərinin gəmilərində, “Bakı Gəmiqayırma Zavodu” MMC-də və digər istehsalat sahələrində keçirilib.

Təcrübə müddətində tələbələr müasir dənizçilik sənayesində tətbiq olunan texnologiyalarla yaxından tanış olub, istehsalat proseslərinin müxtəlif mərhələlərində iştirak edərək peşə bacarıqlarını inkişaf etdiriblər.

Təcrübənin yekun mərhələsində tələbələrin istehsalat fəaliyyəti təcrübə keçdikləri müəssisələr tərəfindən qiymətləndirilib, görülmüş işlər və qazandıqları peşə səriştələri barədə hesabatlar ADDA üzrə yaradılmış müvafiq komissiyalar tərəfindən qiymətləndirilib.

Yekunda 148 tələbənin diplomqabağı təcrübə nəticələri qiymətləndirilib.

İxtisasTələbə
sayı
Qiymətləndirmə nəticələriGəlmədiMüvəffəqiyyət %Keyfiyyət %
ABCDEF
Dəniz naviqasiyası mühəndisliyi83524391400198,882
Gəmiqayırma və gəmi təmiri mühəndisliyi12231600010050
Elektrik və elektronika mühəndisliyi14256100010092,9
Gəmi energetik qurğularının istismarı mühəndisliyi5071723300010094
Cəmi159164969240019984,3

İxtisaslar üzrə yüksək nəticə göstəriciləri də diqqət çəkib. Belə ki, “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında tələbələrin 82 faizi, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında 50 faizi, “Elektrik və elektronika mühəndisliyi” ixtisasında 92,9 faizi, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında 94 faizi təcrübəni A, B və C qiymətləri ilə başa vurub.

Əldə olunan nəticələr tələbələrin nəzəri biliklərini real istehsalat və gəmiçilik mühitində uğurla tətbiq etdiklərini, peşə hazırlığı səviyyələrinin əmək bazarının tələblərinə uyğun formalaşdığını bir daha təsdiqləyib. Diplomqabağı təcrübəni müvəffəqiyyətlə başa vuran tələbələrə müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsinin verilməsi üçün əsas yaranıb.