İran və Oman Hörmüz boğazında birgə dəniz təhlükəsizliyi addımı atıb

81

İran və Oman Hörmüz boğazının idarə olunması məqsədilə yaradılan birgə işçi qrupunun ilk iclasını reallaşdırıb.

Denizxeber.az bildirir ki, görüşdə boğazda gəmiçiliyin gələcəkdə idarə olunması, dəniz xidmətlərinin təşkili və sahilyanı dövlətlərin hüquqlarının qorunması ilə bağlı mühüm məsələlər müzakirə edilib.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi tərəflərin bu istiqamətdə geniş fikir mübadiləsi apardıqlarını diqqətə çatdırıb. Eyni zamanda, İran və Omanın regiondakı digər ölkələrlə də analoji məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldikləri bildirilib.