Xəzər sahilləri tullantılardan təmizləndi

116

“AccessBank” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Xəzər sahilində ekoloji təmizlik aksiyası təşkil edib.

Denizxeber.az bildirir ki, aksiyada bank əməkdaşları, gənclər və ekokönüllülər iştirak ediblər. Aksiya zamanı sahilboyu ərazidən 370 kiloqramdan çox məişət tullantısı toplanaraq daşınıb. Təşəbbüsün məqsədi ətraf mühitin qorunması və cəmiyyətdə ekoloji məsuliyyətin artırılmasına diqqət çəkmək olub. “AccessBank” gələcəkdə də bu cür ekoloji layihələri davam etdirəcəyini bildirib.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən və mikromaliyyələşdirmə bazarında lider olan “AccessBank”ın səhmdarları beynəlxalq maliyyə təşkilatlarıdır. Bank hazırda ölkə üzrə 39 filialı ilə müştərilərə xidmət göstərir.