“Dostluq” tankeri Türkmənbaşı limanında lövbər saldı – VİDEO

313

Bakı Gəmiqayırma Zavodunda inşa edilən və Azərbaycanın Türkmənistana hədiyyəsi olan “Dostluq” neftdaşıyan tankeri limana çatıb. Gəminin və ekipajın gəlişi münasibətilə liman ərazisində yüzlərlə insanın rəsmi şəxslərin, liman xidmətinin əməkdaşlarının və gənclərin iştirakı ilə geniş bayram tədbiri və konsert proqramı təşkil olunub.

Denizxeber.az bildirir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıya rəsmi səfəri çərçivəsində təqdim edilən bu müasir gəmi iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələrin yeni rəmzinə çevrilib.

Müasir dəniz təhlükəsizliyi və ekoloji standartlara tam cavab verən tankerin əsas göstəriciləri aşağıdakı kimidir:

  • Uzunluğu: 141 metr
  • Eni: 17 metr
  • Yükgötürmə qabiliyyəti (Dedveyt): təxminən 8 min ton

Gəminin adı həm xalqlararası münasibətləri, həm də Xəzərdəki eyniadlı müştərək karbohidrogen yatağını simvolizə edir. Xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulan tanker yaxın günlərdə ilk kommersiya reyslərinə başlayaraq regionun nəqliyyat-tranzit dəhlizlərinin genişlənməsinə xidmət edəcək.