“Bələdçidən soruş” layihəsinin yeni buraxılışında aktual suallar cavablandırılır – VİDEO

161

Dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyi növbəti maraqlı layihəsini təqdim edir. Bu dəfə muzeyin bələdçisi tamaşaçıları gəminin ən vacib və strateji hissəsi sayılan Kapitan körpüsü (naviqasiya körpücüyü) ilə tanış edir.

Denizxeber.az bildirir ki, video-tur vasitəsilə izləyicilər gəminin bu xüsusi məkanının əsas funksiyası, orada quraşdırılmış naviqasiya və rabitə avadanlıqları, eləcə də böyük tankerlərin idarə olunmasında kapitan və köməkçilərinin rolu haqqında ən maraqlı faktları öyrənə bilərlər.

Gəminin “beyni” hesab olunan bu sahə ilə yaxından tanış olmaq və dənizçilik tarixinə vizual səyahət etmək üçün təqdim olunan videonu izləyə bilərsiniz.