Dənizdən gələn “kosmik” sirr

180

Avstraliyanın Kvinslend ştatında yerləşən Forrest çimərliyində mənşəyi bilinməyən və xarici görkəminə görə “kosmik toplar”a bənzədilən bir neçə naməlum obyekt aşkar olunub.

Denizxeber.az bildirir ki, iyulun 3-də yerli sakinlərin müraciətindən sonra polis əraziyə cəlb edilib və ilkin olaraq üç, ertəsi gün isə daha bir oxşar obyekt tapılıb. Mütəxəssislərin ilkin ehtimallarına görə, bu obyektlərin tərkibində təhlükəli kimyəvi maddələr ola bilər. Bu səbəbdən Kvinslend Yanğından Mühafizə Xidmətinin ixtisaslaşmış qrupları obyektləri dərhal xüsusi mühafizə altına alıb və tapıntıların ətrafında 50 metrlik təhlükəsizlik zonası yaradıblar.

Hazırda Avstraliya Kosmik Agentliyi obyektlərin dəqiq mənşəyini və təbiətini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır. Rəsmilər hadisənin cinayət xarakteri daşımadığını və yerli əhali üçün hər hansı birbaşa təhlükənin qeydə alınmadığını bildiriblər.