Hörmüzdə gəmilərə hücum olub

65

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən kommersiya gəmilərinə ən azı iki raket atıb.

Denizxeber.az bildirir ki, bu barədə “Axios” nəşrinin müxbiri Barak Ravid ABŞ-nin yüksəkrütbəli rəsmi şəxsinə istinadən məlumat yayıb. Amerikalı rəsminin sözlərinə görə, hücum nəticəsində boğazda hərəkət edən iki mülki kommersiya gəmisi vurulub və onlara ciddi maddi ziyan dəyib.

İlkin məlumatlara əsasən, hadisə zamanı gəmi heyətləri arasında hər hansı insan tələfatı və ya yaralanma faktı qeydə alınmayıb. Hazırda strateji su yolunda baş verən bu hərbi insidentlə bağlı dəniz təhlükəsizliyi qurumları tərəfindən araşdırmalar aparılır.