Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) təşkilatçılığı ilə keçirilən yelkən idmanı üzrə yay məktəbinin birinci mərhələsi uğurla yekunlaşıb.
Denizxeber.az bildirir ki, peşəkar məşqçilərin rəhbərliyi altında təşkil olunan məşğələlərdə 7–10 yaş arası uşaqlar iştirak ediblər. Təlim proqramı çərçivəsində azyaşlı iştirakçılar yelkən idmanının əsasları ilə tanış olub, həm nəzəri, həm də praktiki biliklər əldə edərək su idmanı bacarıqlarını inkişaf etdiriblər. Təlimlər zamanı uşaqlarda sağlam həyat tərzi, intizam və komanda ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirilib.
Yaxın günlərdə yay məktəbinin ikinci mərhələsinə start veriləcək. Bu mərhələdə məşqçilər heyəti tərəfindən qiymətləndirmə aparılacaq. Nəticədə perspektivi və istedadı ilə seçilən uşaqlar müəyyən edilərək peşəkar hazırlıq prosesinə cəlb olunacaqlar.













