Yaponiyanın iri gəmiçilik şirkəti “NYK” Norveçin “Saga Welco” şirkətində “Westfal-Larsen”ə məxsus payı alaraq şirkət üzərində tam nəzarəti ələ keçirib.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, tənzimləyici orqanların tələb olunan təsdiqləri alındıqdan sonra sövdələşmə iyulun 20-də “NYK Holding Europe” vasitəsilə tamamlanıb.
Bundan əvvəl “NYK” və “Westfal-Larsen” şirkətdə bərabər paya malik idilər. Satınalma müqaviləsinin maliyyə şərtləri açıqlanmayıb.
Norveçin Tønsberg şəhərində yerləşən “Saga Welco” 48 açıq lyuklu yük gəmisini istismar edir və təxminən 120 nəfəri işlə təmin edir.
“NYK” bildirib ki, bu satınalma şirkətin quru yük daşımalarından əldə etdiyi gəlirləri gücləndirəcək və “Saga Welco”nun ixtisaslaşmış fəaliyyətinin Yaponiya şirkətinin daha geniş şəbəkəsi ilə inteqrasiyasını daha da möhkəmləndirəcək.





