İran və Oman xarici işlər nazirlərinin müavinləri səviyyəsində Tehranda bir neçə mərhələdən ibarət danışıqlar aparılıb.
Denizxeber.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü İsmayıl Bəqai bildirib. Danışıqlar çərçivəsində tərəflər strateji əhəmiyyətə malik Hörmüz boğazında təhlükəsiz dəniz naviqasiyasının idarə olunması və regionda gəmiçiliyin sabitliyinin təmin edilməsi məsələlərini atrafı müzakirə ediblər.





