Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərindən Böyük Britaniyaya yeni ixrac marşrutunun istifadəsinə başlayıb.
Denizxeber.az bildirir ki, Ekibastuzdan yola düşən mineral gübrə yükləri dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu üzrə daşınaraq Poti və Batumi limanlarından Böyük Britaniyanın Felikstou limanına çatdırılır.
Uğurla həyata keçirilən bu daşınma Orta Dəhlizin təkcə regional deyil, Avropa bazarlarına çıxış baxımından da strateji logistika marşrutuna çevrildiyini növbəti dəfə sübut edir. Azərbaycan bu nəqliyyat qovşağının əsas tranzit halqalarından biri kimi artan yük axınından iqtisadi və logistik cəhətdən mühüm dividendlər qazanır. Multimodal daşımaların inkişafı və çatdırılma müddətlərinin optimallaşdırılması marşrutun qlobal rəqabət qabiliyyətini daha da artırır.





