İki tanker XBK dəniz terminalının ərazisində vurulub

129

Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) dəniz terminalı yaxınlığında iki neft tankerinə dron hücumu olunub.

Denizxeber.az-ın Qazaxıstan Enerji Nazirliyinə istinadla verdiyi məlumata görə, iyulun 30-da VPU-3 tək nöqtəli lövbərsalma məntəqəsində neftin yüklənməsini başa çatdıran “Nissos Sifnos” tankeri hücuma məruz qalıb. Yaranan təhlükə səbəbindən dərhal terminalda neftin yüklənməsi prosesi dayandırılıb.

Eyni zamanda, yüklənməsi nəzərdə tutulan “Marathi” tankerinə də dəniz terminalından təxminən 6-7 dəniz mili məsafədə dron zərbəsi endirilib.

Məlumata əsasən, baş verən yanğın XBKK-ya məxsus üç yedək gəmisi vasitəsilə operativ şəkildə söndürülüb. Hadisə nəticəsində gəmi heyətləri arasında xəsarət alan olmayıb və dənizə neft sızması qeydə alınmayıb.