Qitə çempionatında parlaq nəticə – FOTO

223

İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə keçirilən Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun vurulub.

Denizxeber.az bildirir ki, Avropanın en güclü idmançılarının müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev cütlüyü böyük uğura imza atıb. İkinəfərlik qayıqların final yürüşündə finiş xəttini ikinci sırada keçən təmsilçilərimiz Avropa çempionatının gümüş medalına sahib olublar.

Qeyd edək ki, Ziya Məmmədzadə və Nurlan Paşayev cütlüyü iyunun 12–14-dək Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medala layiq görülmüşdülər.