İndoneziyanın Madura adası sahillərində göyərtəsində 271 sərnişin və ekipaj üzvünün olduğu sərnişin bərəsində kütləvi yanğın baş verib.
Denizxeber.az bildirir ki, facəvi dəniz qəzası nəticəsində ilk məlumatlara əsasən 5 nəfər həlak olub, 41 nəfər isə dənizdə itkin düşüb.
Bölgəyə dərhal cəlb olunan dəniz axtarış-xilasetmə xidmətinin çevik müdaxiləsi sayəsində 225 nəfər sudan çıxarılaraq xilas edilib.
Dəniz nəqliyyatı vasitəsi Şərqi Yava əyalətinin Surabaya şəhərindəki limandan Cənubi Sulavesi əyalətinin Makassar şəhərinə doğru marşrut üzrə hərəkət edirmiş.
Hazırda gəmidə yanğının başvermə səbəbləri mütəxəssislər tərəfindən araşdırılır. İtkin düşənlərin tapılması üçün акваторияda dəniz axtarış-xilasetmə əməliyyatları aramsız davam etdirilir.





