Təhlükəsizlik tədbiri

84

Mövcud geosiyasi gərginliyə baxmayaraq, hazırda Türkiyə boğazlarından (Bosfor və Dardanel) Qara dənizə keçən gəmilərin hərəkətinə hər hansı məhdudiyyət tətbiq edilmir.

Denizxeber.az bildirir ki, Türkiyənin rəsmi şəxsləri bu barədə açıqlama verib. Türkiyə tərəfi bildirib ki, gəmilərin boğazlardan keçidi Montrö Konvensiyasının müddəalarına tam uyğun olaraq sərbəst şəkildə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl “Bloomberg” agentliyi Qara dənizdə Rusiya və Ukraynanın kommersiya gəmilərinə qarşı hücumlarının artması fonunda Rəsmi Ankaranın təhlükəsizlik səbəbindən tranzit hərəkətini məhdudlaşdırdığı barədə məlumat yaymışdı. Türkiyə rəsmiləri isə bu iddiaları təkzib edərək Beynəlxalq Dəniz Hüququ və Montrö Konvensiyası çərçivəsində naviqasiya sərbəstliyinin təmin olunduğunu vurğulayıblar.