Strateji ultimatum

37

İran vasitəçi tərəflər vasitəsilə Amerika Birləşmiş Ştatlarına Hörmüz boğazında kommersiya gəmilərinin hərəkətinin bərpa olunması və gəmiçilik məhdudiyyətlərinin aradan qaldırılması üçün öz şərtlərini çatdırıb.

Denizxeber.az bildirir ki, bu barədə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi açıqlama verib.

“Tasnim” agentliyinin sitat gətirdiyi bəyanatda Möhsün Rzayi bildirib ki, Vaşinqton öz siyasi və hərbi davranışını dəyişməyincə, eləcə də Tehranın tələblərini icra etməyincə boğazdan sərbəst keçid təmin olunmayacaq.

İranın irəli sürdüyü əsas şərtlərdən biri Livan və Qəzza zolağı da daxil olmaqla Yaxın Şərq regionunda davam edən müharibə və hərbi toqquşmalara dərhal son qoyulmasıdır. Tehran, həmçinin xarici banklarda dondurulmuş maliyyə vəsaitlərinin və bloklanmış aktivlərinin tam şəkildə geri ödənilməsini tələb edir.

Möhsün Rzayi xüsusi olaraq vurğulayıb ki, İran ilə Oman arasında Hörmüz boğazındakı naviqasiya ilə bağlı əldə olunmuş lokal razılaşma boğazın ümumi beynəlxalq naviqasiyaya açılması məsələsinə heç bir şəkildə təsir göstərməyəcək.