19 Avqust — Dünya Fotoqrafiya Günü
Denizxeber.az ASCO-ya istinadən bildirir ki, dənizçilik daim fotoqrafiya üçün mövzu mənbəyi olub: dənizin sonsuzluğu, gəmilər, dənizçilərin gündəlik həyatı obyektivlərdə tez-tez öz əksini tapır.
ASCO-da foto sənətinə dəstək məqsədilə indiyədək bir sıra layihələr həyata keçirilib. Onlardan biri də “Xəzərim” foto müsabiqəsidir. Müsabiqəyə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 83 fotoqraf 154 foto təqdim edib. Fotoları 4 ölkədən olan peşəkar münsif heyəti qiymətləndirib.
Müsabiqə çərçivəsində “Suraxanı” gəmi-muzeyində sərgi təşkil olunub, fotolardan kataloq hazırlanıb.
Bu gün həmin müsabiqədən seçdiyimiz bəzi fotoları sizinlə paylaşırıq.
ASCO #FotoqrafiyaGünü #dənizçilər














