Bizim sənaye zəncirimiz

86

Orta Dəhliz təkcə tranzit marşrutu deyil, həm də Azərbaycanda əlavə dəyər yaradan sənaye zənciridir.

Bakı Gəmiqayırma Zavodunda gəmi istehsalı prosesinə baxış keçirərkən bunun əyani nümunəsinin şahidi olduq.

Xüsusilə Xəzərdə konteyner və yükdaşıma imkanlarının genişləndirilməsi Orta Dəhlizin dayanıqlılığını və rəqabət qabiliyyətini artırır. Zavodda artıq beynəlxalq sifarişlər əsasında gəmilərin inşa edilməsi isə Azərbaycanın dəhlizdə yalnız tranzit ölkə deyil, istehsal və logistika dəyər zəncirinin iştirakçısı olduğunu göstərir.

Dəhlizdən keçən yük qədər, dəhliz ətrafında yaratdığımız əlavə dəyər də önəmlidir.