Yeni Zelandiyada Ranqitikei çayının mənsəbi yaxınlığında qayıq aşıb.
Denizxeber.az bildirir ki, bu barədə yerli polisə istinadən “Sinxua” məlumat yayıb.
Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha bir nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.





