Nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikirlərini paylaşırıq:

Əvvəllər Qərbi Avropa və Çindəki iri zavodlarla bağlı reportajlarda işçilərin zavod ərazisində velosipedlə hərəkət etdiyini görürdüm.
Ötən gün Bakı Gəmiqayırma Zavodunda eyni yanaşmanı görmək xoş oldu.
Bu, sadəcə velosiped deyil — böyük ərazidə daxili mobilliyin düzgün təşkilidir.
İri sənaye müəssisələrində qısa məsafələr üçün avtomobil əvəzinə velosiped istifadəsi həm vaxtı, həm daxili nəqliyyat yükünü, həm də ərazidə hərəkət sıxlığını azaldır.
Bəzən müasir nəqliyyat həlli böyük layihə deyil, düzgün təşkil olunmuş kiçik bir addımdır.










