Logistika sektorunda mühüm addım – VİDEO

299

Azərbaycanda dəniz naviqasiyası sahəsində yeni imkan təqdim olunur. Artıq əlavə avadanlıq və ödənişli abunəlik tələb olunmadan, dünya üzrə hərəkət edən gəmiləri real vaxt rejimində elektron dəniz naviqasiya xəritələri (ENC) üzərində izləmək mümkün olacaq.

Denizxeber.az “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinə istinadən xəbər verir ki, elektron dəniz xəritələri (ENC) gəmi naviqasiyası üçün hazırlanmış rəsmi rəqəmsal xəritələrdir. Bu xəritələrdə dənizin dərinliyi, izobatlar, mayaklar, buylər, naviqasiya təhlükələri, sahil xətti və digər mühüm məlumatlar əks olunur.

Elektron dəniz xəritələrini gəmi izləmə platformalarından fərqləndirmək vacibdir. Məsələn, MarineTraffic platformasının əsas funksiyası gəmilərin AIS vasitəsilə müəyyən edilən mövqelərini göstərməkdir. Platformada təqdim olunan dərinlik məlumatları isə xəritəyə əlavə edilmiş batimetrik məlumatlardır və rəsmi ENC ilə eyni anlayış deyil.

Beləliklə, gəmi hərəkətləri barədə operativ məlumatla yanaşı, naviqasiya baxımından mühüm xəritə məlumatlarının eyni platformada təqdim edilməsi dənizçilər və digər istifadəçilər üçün əlavə imkanlar yarada bilər.