Xəzəri qoruyaq! – FOTO

133

“Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” aksiyasının əsas tərəfdaşlarından biri kimi Azərbaycanın sahilyanı ərazilərində keçirilən təmizlik tədbirlərinə dəstək göstərib.

Denizxeber.az bildirir ki, şirkət artıq yeddi ildir bu təşəbbüsə dəstək verməklə Xəzər dənizinin qorunmasına uzunmüddətli sadiqliyini nümayiş etdirir.

Kampaniya 2026-cı il sentyabrın 2-də Xaçmaz, Siyəzən, Neftçala, Lənkəran, Astara və Sumqayıtda keçirilən tədbirlərlə başlayıb. Yekun təmizlik aksiyası isə sentyabrın 19-da Bilgəh çimərliyində təşkil olunub.

“Carlsberg Azerbaijan”ın əməkdaşları da sahilyanı ərazilərdən tullantıların toplanması aksiyasına qoşularaq təşəbbüsə töhfə veriblər. Şirkətin stendində iştirakçılara “Xırdalan 0.0” alkoqolsuz pivəsi təqdim edilib.

Şirkətin baş direktoru Krasimir Lazarov təşəbbüslə bağlı fikirlərini bölüşərək bildirib:

“‘Xəzəri qoruyaq!’ kampaniyasına dəstək göstərməkdən və təmizlik aksiyalarında iştirak edən könüllülərlə birlikdə bu təşəbbüsə töhfə verməkdən məmnunuq. Vaxtını və əməyini əsirgəməyən həmkarlarımıza, təşkilatçılara və bu təşəbbüsə töhfə verən hər kəsə təşəkkür edirik. Bu təşəbbüs çərçivəsində fəaliyyətimizi gələcəkdə də davam etdirməyi səbirsizliklə gözləyirik”.

“Carlsberg Azerbaijan” təşəbbüsdə iştirakı ilə dövlət qurumları və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində sahilyanı ərazilərdə həyata keçirilən təmizlik tədbirlərinə dəstək verir. Bu fəaliyyət “Carlsberg Group”un “Brewing tomorrow” dayanıqlılıq proqramında ətraf mühitin qorunması ilə bağlı müəyyən edilmiş məqsədlərə uyğundur.

“Carlsberg Azerbaijan”la yanaşı, kampaniyanın əsas tərəfdaşları arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Coca-Cola”, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “EcoHub” ekoloji platforması, “AmCham”, “Green ASAN”, ASAN Könüllüləri Təşkilatı və “Global Media Group” da yer alıb.

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü ərəfəsində keçirilən “Xəzəri qoruyaq!” təşəbbüsü Azərbaycanda artıq 17-ci ildir ardıcıl olaraq təşkil olunur. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur.